8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Ölkə futbolu

"Sumqayıt"ın şikayəti qismən təmin edildi, “Zirə” ilə bağlı qərar dəyişmədi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalı "Sumqayıt" və "Zirə" komandalarırnın müraciətinə baxıb.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisinin şikayəti müsbət, "Zirə"ninki isə mənfi cavablandırılıb.

“Sumqayıt” AFFA İntizam Komitəsinin mayın 5-də Camaləddin Xocaniyazova verdiyi 4 oyunluq cəzadan və kluba tətbiq edilən 3200 manat cərimədən apelyasiya verib. Tribunal diskvalifikasiyanı 2 oyuna, cəriməni isə 1600 manata endirib.

Əvəzində İntizam Komitəsinin “Zirə” və klubun məşqçisi Eltun Yaqublu barədə qərarı qüvvədə saxlanılıb.

Qərarların tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31