4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

Azarkeş korteji “Neftçi”ni “Dalğa Arena”ya qədər müşayiət edəcək

Sabah Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” “Qarabağ”la çenpionluq oyununa çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, pandemiya səbəbindən stadiondan “Neftçi”ni dəstəkləmək imkanından məhrum olan fanatlar vacib gündə komandalarını yalnız buraxmayacaqlar.

Belə ki, ölkənin 1 nömrəli azarkeş qrupu olan “Forza Neftçi” üzvləri qarşılaşmadan bir neçə saat öncə klubun bazası önünə toplaşacaqlar. Daha sonra isə azarkeş korteji “Dalğa Arena”ya qədər “Neftçi”ni müşayiət edəcək. Qarşılaşmanı stadiona yaxın məkanda izləyəcək “Forza Neftçi” qələbədən sonra “Dalğa Arena”nın önündə çempionluq qutlaması da planlaşdırır.

Xatırladaq ki, sabah “Dalğa Arena”da keçiriləcək “Neftçi” - “Qarabağ” matçı 20:30-da start götürəcək. “Neftçi” qələbə qazanacağı təqdirdə, “Qarabağ”ın hegemonluğuna son qoyub, 7 ildən sonra ilk dəfə ölkə çempion olacaq.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28