6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Emrelidən son 5 mövsümün antirekordu

“Qarabağ”ın futbolçusu Mahir Emreli Premyer Liqanın 2020/21 mövsümündə 2-ci dəfə penaltidən yararlana bilməyib.

Futbolxeber.az saytının məlumatına görə, XXIV turun “Qəbələ” ilə qarşılaşmasında (5:0) imkanı qaçıran forvard XXVII turun “Keşlə” ilə matçında da (2:0) 11 metrlik nöqtədən xətaya yol verib.

Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluq yaşanmasına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf edilib. Həmin vaxt “Sumqayıt”da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.

Ümumiyyətlə, son 10 mövsümdə 6-cı dəfə belə hadisə yaşanıb. Mahirlə Ağabaladan başqa 2011/12 mövsümündə Flavinyo (“Neftçi”) və Miloş Zeçeviç (“Rəvan”), 2013/14 mövsümündə Junior Nildo (“Xəzər Lənkəran”), 2014/15 mövsümündə Nurlan Novruzov (“Bakı) iki 11 metrlik zərbədən yararlanmayıb (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31