8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Ölkə futbolu

Çempionluq Kuboku və medallar "Dalğa Arena"da veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqası qaliblərinin mükafatlandırma mərasimi mayın 19-da Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev danışıb. Onun sözlərinə görə, tədbir "Neftçi" və "Qarabağ" arasındakı XXVIII tur matçının ardından təşkil olunacaq.
 
Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək."Qarabağ" uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.
 
3-cü yerin sahibinin adına isə daha tez - "Səbail" - "Sumqayıt" və "Sabah" - "Zirə" oyunlarının ardından aydınlıq gələcək. "Zirə" xal itirməsə, 3-cü yeri tutacaq, əks halda, "Sumqayıt" yalnız qələbə sayəsində tarixində ilk dəfə mövsümü ilk "3-lük"də bitirəcək.
 
Bu iki görüşün ardından müəyyənləşəcək 3-cü yerin sahibi "Dalğa Arena"ya yollanacaq və mükafatlandırma mərasimində bürünc medallarını alacaq.
 
PFL rəsmisi mükafatlandırma ilə bağlı digər məsələlərə mayın 16-da keçirəcəkləri iclasda aydınlıq gələcəyini də əlavə edib.
 
Qeyd edək ki, "Sabah" - "Zirə" və "Səbail" - "Sumqayıt" matçları saat 18:00-da, "Neftçi" - "Qarabağ" qarşılaşması isə saat 20:30-da başlanacaq. Hazırda "Qarabağ"ın 57, "Neftçi"nin 56, "Zirə"nin 38, "Sumqayıt"ın 36 xalı var.
 
Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar. (Report)







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30