18 Sentyabr 2025, Cümə axşamı
Azərbaycan Kubokunun püşkü atıldı
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”dan fantastik qələbə!

Ölkə futbolu

"Azərbaycan futbolunda yaxşı pul var idi"

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Alvaro Silva ölkəmizdə oynadığı vaxtları xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, hazırda karyerasını Taylandda davam etdirən ispaniyalı müdafiəçi deyib:

"Azərbaycan ekzotik ölkədir. Orada çıxış etdiyim vaxt futbolda yaxşı pul var idi. Klub paytaxt Bakıdan uzaqda məskunlaşsa da, şəraiti yaxşı idi. Onda Toni Doblas da "Xəzər Lənkəran"da çıxış edirdi. Komandanın baş məşqçisi isə Con Benjamin Toşak idi. Həmin kollektivlə Azərbaycan Superkubokunu qazandıq".

Qeyd edək ki, Alvaro Silva 2013/2014 mövsümündə "Xəzər Lənkəran"da oynayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30