22 Noyabr 2025, Şənbə
"Qarabağ" "Sumqayıt"a qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
“Səbail” səfərdə xal itirdi
“Kəpəz” də Yevlaxa “köçür”

Ölkə futbolu

40-a çatan 60-cı futbolçu

“Səbail”in futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 40-cı qoluna imza atıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu yubiley Premyer Liqanın XXV turuna təsadüf edib. Paytaxt təmsilçisinin oyunçusu “Qəbələ” ilə ev görüşünün taleyini həll edən qolun müəllifi olub.

Amil 40-cı topunu ölkə çempionatındakı 136-cı matçında vurub. O, 1992-ci ildən keçirilən yarışın tarixində 40 və daha çox qol vuran 60-cı futbolçudur.

Qeyd edək ki, debütü 2010/11 mövsümünə təsadüf edən Yunanov ilk qolunu növbəti çempionatda “Qəbələ”nin heyətində vurub. O, daha üç komandanın formasını geyərkən qol sevinci yaşayıb. Amil “Sumqayıt”da 28, “Səbail”də 6, “Keşlə”də 5 dəfə fərqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30