Ölkə futbolu
“Mənim üçün böyük qələbədir”
"Final oyununa görə mübarizə gedirdi. Çətin rəqibimiz var idi. Həqiqətən çox sevinirik. İkinci dəfədir ki, finala çıxırıq. Komanda olaraq buna inanırdıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a penaltilərlə qalib gələrək (5:4) finala çıxdıqları oyundan sonra mətbuat konfransında deyib.
- Hər iki cəbhədə mübarizə aparırıq. Bu heç də asan deyil. İlk oyunda 7 əsas futbolçumuz yox idi. Komandada əzmkarlıq gördüm. Taktiki cəhətdən hər şey qaydasında idi. Oyun ərzində bir neçə qol imkanımız olsa da fürsətləri dəyərləndirə bilmədik. Hər kəsi təbrik edirəm. Çempionat davam edir, bu son deyil. Çalışacağıq ki, uğurlu sonluq olsun. Biz bunu haqq edirik. "Qarabağ"a da uğurlar arzu edirəm.
- Sanki komanda üzvləri sizdən çox sevinirdi...
- Deməzdim. Mənim üçün böyük qələbədir. Futbolçularımı soyunub-geyinmə otağında gözləyirdim ki, təbrik edim. Ola bilsin oyunun stressi var idi.
- Qapıçı Aydın Bayramov əsas heyətdə yerini haqq etdi. Siz də belə düşünürsünüz?
- Statistikaya nəzər yetirsək, demək olar hər iki qapıçımız eyni sayda oyun keçirib. Onlar ikisi də millinin üzvüdür. Bu qapıçılar Azərbaycan çempionatında çox oyun keçiriblər. Hər iki qapıçıya inanırıq. Aydına demişdim ki, kubokda finala vəsiqə qazansaq, finalda da sən qapıda olacaqsan. O yerini haqq etdi.
- Elvin Məmmədov penaltini qaçıranda hansı hissləri keçirdiniz?
- Penalti seriyası çox həssas məqamdır. Penaltini vuran əsas futbolçular müəyyən səbəblərdən meydanda deyildi. Əli, Rəhim, Mehdi yox idi. Meydanda əsasən müdafiəçilər idi. Hər bir futbolçu penaltini qaçıra bilərdi. Məğlub da ola bilərdik. Amma Elvin özünü yaxşı tərəfdən göstərdi.
- Penaltilərdən əvvəl Aydın Bayramova hansı tövsiyələri verdiniz?
- İnamımız var idi ki, Aydın bizə kömək edəcək. Məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. O məqamda qapıçıya hansısa tövsiyəni vermək düzgün olmaz.
- Sanki ilk dəqiqələrdən oyunu penalti seriyasına daşımaq istəyirdiniz.
- İlk olaraq məqsəd uduzmamaq idi. Bilirdik ki, 1 qol bizi finala apara bilər. Biz 1 qol vursaydıq, rəqib 2 qol vurmalı idi. Oyun ərzində bir neçə epizod əldə etdik, amma futbolçular yorulmuşdu. Çempionatın sıx qrafikində oynayırıq, əlavə 30 dəqiqə oynamaq asan deyil. Amma yenə də penalti seriyasında şansınımızı yoxlamaq istəyirdik.
- İkinci dəfədir ki, finala vəsiqə qazandınız. İlk finalda "Qəbələ"yə məğlub olmuşdunuz. Buna görə futbolçuları psixoloji cəhətdən kökləmək çətin olmayacaq?
- O vaxt rəqib "Qəbələ" idi, bizdən daha təcrübəli idilər. 3 il dalbadal final oyanmışdılar. Bu il isə bizim təcrübəmiz var. Rəqibimiz də axşam bilinəcək.
- Siz hansı rəqibin qalib olmasını istəyirsiniz?
- Bu suala cavab verməyim düzgün olmaz
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadov görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:21
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
24.09.2026
23.09.2026
22.09.2026
























