21 Yanvar 2026, Çərşənbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu

Ölkə futbolu

De Byazi: "Azərbaycanda Avropanın əsas liqalarında sözünü deyə biləcək 2-3 futbolçu var”

Millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis azərbaycanlı futbolçuların ölkə xaricində oynaya bilməmələrinin səbəbi haqda danışıb:

"Azərbaycanda, xüsusən də komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa Birliyinə daxil deyil və həmin oyunçuların yerini başqaları tutur. Onların təcrübələri yoxdur, İtaliya, İspaniya, İngiltərə və ya Almaniyadakı kimi rəqabətli liqalarda oynamırlar. Amma güclü rəqiblərlə mübarizə apara biləcəklərini deyə bilərəm. Məsələn, İtaliyada "Atalanta" buna nümunədir. Ukraynalı Ruslan Malinovski kimi çoxlarına tanış olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə inkişaf etdirə bilir və nəticə əldə edirlər".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31