Ölkə futbolu
“Nə, siqaret?”

"Sabah” - “Neftçi” matçında yaşananlar, Samir Abasovun oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlər hələ də müzakirə mövzusudur. 4 qol, 4 qırmızı (“Sabah”ın məşqçisi Miloş Jevtiçə də hakim qırmızı vərəqə göstərdi), 19 sarı vərəqə, 3 penalti, hesaba alınmayan qol... Bu, oyunda yaşananlar idi. Sıravi azarkeşin görmək istədiyi gərgin mübarizə, dramatik 90 dəqiqə. Gəl ki, meydandakı mübarizəyə baş hakimin idarəçiliyi kölgə saldı. Hər iki tərəfin qapısına təyin olunan penaltilərin mübahisəli olması, Hondanın sayılmayan qolu, Bəhlulun meydandan qovulması və s. Bu epizodlardan bəziləri haqda lap səhərə qədər də mübahisə etmək olar. Amma Bəhlul Mustafazadənin epizodu xaric, digər iki qırmızı vərəqədə Vüqar Həsənli yerdən göyə qədər haqlı idi. İstər Filip İvanoviç, istərsə də Təmkin Xəlilzadə qırmızı vərəqə görməli idilər. Çünki sarı vərəqəsi olan futbolçu qəsdən əllə oynayırsa, yaxud bir dəfə hakimin rəsmən xəbədarlıq etdiyi oyunçu rəqibi “baltalayıb” əks hücumun qarşısını kəsirsə, burda hakim vərəqə göstərməsə, qınaq obyektinə çevrilə bilər. Hər halda, futbolda bir komandanın 1, ya 2 üzvü meydandan qovulubsa, digərlərinə də qırmızı vərəqə göstərmək olmaz deyə bir şey yoxdu. Əminliklə demək olar ki, hakim Bəhlul Mustafazədəni meydandan qovmasaydı, digər iki qırmızı vərəqə heç müzakirə mövzusu da olmayacaqdı.
Oyunla bağlı müzakirələri, elə bu cızma-qaranı da burda bitirmək olardı. Amma gəl ki, oyunsonrası mətbuat konfrasında Samir Abasov elə bir partlayış elədi ki...
Mən Abasovun rəqibi vaxt uzatmaqda ittiham etməsinə, Saşa Stamenkoviç haqda səsləndirdiyi fikirlərə şərh verməyəcəm. Sırf Samir Abasovun vaxtında olmasa da, hər halda Stamenkoviç “Neftçi”də oynadığı dövrlərdə də az hoqqadan çıxmayıb. Təkcə elə “Xəzər Lənkəran”la kubokun finalında qan düşməsinin əsasını məhz serb qapıçı qoymuşdu. Amma sözüm onda deyil...
Kim nə deyir desin, “Neftçi”nin çalışdırıcısının mətbuat konfransında səsləndirdiyi “Zatən biz bilirik ki, bu gün tək bir komandaya qarşı mübarizə aparmırıq” fikri əsl bomba idi. Buna qədər də bu tip söhbətlər çox olub. Amma indiyə qədər heç kim bunu geniş publika önündə deməyib. Samir Abasov konkret ünvan göstərməyib. Ona görə biz də ehtimallarımızı, “Neftçi”nin çalışdırıcısının konkret kimlərin bostanına daş atdığını əminliklə deyə bilmərik. Lakin...
İllər öncə Antalyada bir xorvat menecerlə tanış olmuşdum. Dəhşət mərc həvəskarı idi. Arada telefonda, sosial şəbəkədə söhbət edəndə “filan oyuna rahat “stavka” edə bilərsən” deyirdi. Bəzən də məndən Azərbaycan çempionatında danışılmış oyunlarla bağlı fikrimi soruşurdu. Mən də hər dəfə ona “Simurq” - “İnter” oyununu deyirdim. O vaxt heç kimə sirr deyildi ki, “Simurq” kimi udur-udsun, “İnter”ə uduzacaq. Bunu hamı bilirdi, amma heç kim sübuta yetirə bilmirdi... İndi Samir Abasovun nə dediyini futbolun içində olan hər kəs bilir. Amma bəzilər buna “nə, siqaret?” reaksiyası verir. Bəli, Abasov konkret ünvan göstərməyib, amma artistliyə də ehtiyac yoxdu. Necə deyərlər, görünən kəndə nə bələdçi...
FUTBOLXEBER.AZ

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- “Kəpəz” ölkə xaricindən məşqçi gətirir
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Sabah”dan ayrılan İrasabal sabiq “Neftçi”linin yanına yollandı
- “Neftçi” hazırlığa start verdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- Andrade “Neftçi”yə keçməyəcək
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- "Zirə" 4-cü transferini reallaşdırdı
-
11:45
"Zirə"nin rəqibindən ardıcıl üçüncü qələbə
-
11:13
Orkun Kökçü "Beşiktaş"da
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray"dan 5 qollu qələbə VİDEO
-
19:49
"Zirə" İordaniya klubuna qalib gəldi
-
18:36
"İmişli"də yeni müqavilə
-
16:28
"Karvan" braziliyalı futbolçu transfer etdi
-
15:17
“Kəpəz” Ehtiram Şahverdi”evlə müqaviləni yenilədi
-
13:51
“Qəbələ” növbəti transferini reallaşdırdı
-
12:43
“Turan Tovuz” - “Traktor” oyununun tarixi açıqlandı
-
12:04
Azərbaycanın beş boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib
-
11:32
Basketbol millimizdən növbəti qələbə
-
10:59
Dünya reytinqi: “Qarabağ” gerilədi, “Araz-Naxçıvan” irəlilədi, “Zirə” yerində saydı
-
09:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:49
Qurban Qurbanov: “Komandamızın çıxışı gələcəyə ümid verdi”
-
22:58
“Turan Tovuz” “Atletiko”nun sabiq yarımmüdafiəçisini transfer etdi
-
22:07
"Qarabağ"dan növbəti transfer
-
21:45
Finlandiya millisinin üzvü "Araz-Naxçıvan"a qarşı oyanaya bilər
-
21:12
“Qarabağ” ilk oyunda "Tvente”yə qalib gəldi, ikincidə uduzdu
-
20:26
“Fənərbaxça” 18 yaşlı seneqallını transfer etdi
-
20:00
Elmar Baxşıyev: “Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq”
-
19:35
“Neftçi” onunla yollarını ayırdı
-
19:15
“Zirə” - "Hayduk” oyununun hakimləri bilindi
-
19:03
"Araz-Naxçıvan" "Alanyaspor"la heç-heçə etdi
-
18:49
“Sumqayıt” Yankoviçi transfer etdi
-
18:27
"Neftçi"nin basketbol komandası avrokuboklarda çıxış edəcək
-
17:52
Henderson İngiltərəyə qayıtdı
-
17:34
“Neftçi”nin ÇL-dəki oyununun yeri müəyyənləşdi
-
17:18
“Aris” sabiq “Barselona”lını heyətinə qatdı
-
17:06
Stankoviç: “Samir Abasovun “Neftçi”si yenə çempionluq uğrunda mübarizə aparacaq”
-
16:41
"Turan Tovuz"da ayrılıq
-
16:25
Basketbol millimizdən ardıcıl iki qələbə
-
15:53
Azərbaycan millisi Bolqarıstanda 3 qızıl medal qazanıb
-
15:39
“Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
15:27
Araz Abdullayev "Karvan"da
-
15:12
PFL I Liqanın başlama tarixini açıqladı
-
15:00
Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
14:44
Azərbaycan çempionu olmuş serb: “İliç “Sumqayıt”dan təklif alan kimi mənə zəng vurdu”
-
13:56
“Sumqayıt” legioneri ilə vidalaşdı
-
13:15
Redon Cicanın keçidi açıqlandı
-
13:01
“Adanaspor”un müdafiəçisi “Kəpəz”də
-
12:38
Şomurodovun İstanbul klubuna keçidi rəsmiləşdi
-
11:53
Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb
-
09:30
Arda Turan debütündə darmadağına sevindi VİDEO
-
21:57
“Sabah” öz meydanında “Çelye”yə məğlub oldu
-
21:05
Redon Cica "Qarabağ"dan getdi
-
18:46
"Şamaxı" heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi
-
18:11
"Turan Tovuz"dan növbəti transfer
13.07.2025
12.07.2025
11.07.2025
10.07.2025













