19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Xəzər Lənkəran": 100-cü ev qələbəsi

Azərbaycan Premyer Liqasının VI turunun “Bakı” ilə oyunundakı 2:1 hesablı qələbə “Xəzər Lənkəran” üçün tarixi əhəmiyyət kəsb edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək öz meydanını 100-cü dəfə qalib kimi tərk edib.

 2004-cü ildə əsası qoyulan komanda bu matçadək 9 il ərzində 99 ev qələbəsi əldə etmişdi. Etame Mbillanın dublu ilə qazanılan 2:1 hesablı zəfər bu siyahıda 100-cü, yubiley qələbəsi oldu.

“Xəzər Lənkəran” 100-cü qələbəsini 171-ci matçında bayram edib. 51 heç-heçə və cəmi 20 məğlubiyyəti olan komanda öz meydanında 304 top vurub və 105-ni buraxıb.

 100 ev qələbəsindən yalnız biri avrokuboklarda qeydə alındığı halda, 80 dəfə Azərbaycan Premyer Liqası, 19 dəfə kubok çərçivəsində qonaq komandalar məğlub edilib.

Qələbələrdən 74-ü Lənkəran şəhər stadionunda əldə olunub. Bundan başqa komanda 14 dəfə Lənkəran Olimpiya İdman Kompleksi, 5 dəfə Mehdi Hüseynzadə adına Sumqayıt, 3 dəfə Tofiq İsmayılov adına Suraxanı qəsəbə, 2 dəfə Cəlilabad, 2 dəfə “Şəfa” və ADBTİA stadionunda qələbə qazanıb.

 1-ci. 12.08.2004 “Şəfa” 2:1

50-ci. 30.10.2008 NBC 3:0

100-cü. 14.09.2013 “Bakı” 2:1

Bunadək son 3 ev oyununda qələbə qazana bilməyən komanda Maltanın “Sliyema Uonderers” klubu ilə Avropa Liqasının I təsnifat mərhələsinin iyulun 11-dəki qarşılaşmasından sonra 65 gün idi 100-cü qələbəni təxirə salırdı. Həmin 1:0 hesablı qələbədən sonra “Xəzər Lənkəran” ümumilikdə 7 matç idi qalib gəlmirdi. Bunların 3-ü evdə, 4-ü səfərdə qeydə alınmışdı. 2 avrokubok və 5 çempionat matçındakı qələbəsizliyə 100-cü ev uğuru ilə son qoyuldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30