29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Sənan Qurbanov: "Sevinirəm ki..."

"Hər iki komandanın turnir cədvəlindəki mövqeyi bəlli idi. İstənilən halda stresli və maraqlı oyun oldu. Görüşdə kifayət qədər qol imkanları yarandı".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Topun daha çox bizdə olması üçün məşqlərdə bunun üzərində işləmişdik. İlk 20 dəqiqədə qol vurmağa çalışdıq. Bu müddətdə 3 qol imkanımız oldu. Sevinirəm ki, futbolçular istədiklərimizi yerinə yetirdilər. Psixoloji gərginliyi üzərimizdən atmaq üçün qələbə vacib idi. Həmişə qol imkanları çox olub, yararlana bilməmişik və heç-heçə ilə kifayətlənmişik, məğlub olmuşuq. Bu gün qapımızda qol epizodları da oldu. Bunların hamısını təhlil edəcəyik. Hamısı daha çox standart vəziyyətdən idi. Çalışacağıq ki, nöqsanları aradan qaldıraq. Qələbə münasibətilə futbolçuları təbrik edirəm".

Qurbanov zədələnən Rafael Məhərrəmlinin durumu haqqında bunları deyib: "Onun zədəsi var idi. Bu gün oynaya biləcəyini dedi. Həkimlər tez müdaxilə etdi. Kubokda iştirakı ilə bağlı məlumat veriləcək. Çalışmalıyıq ki, Rafael də məşqi buraxmasın. Sabah onun durumuna aydınlıq gələcək".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31