24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Aftandil Hacıyev: “Ələ düşən fürsətləri qola çevirə bilmədik”

"Oyun haqqında çox fikir bildirmək istəmirəm. Bu gün futbolçuların çıxışı qənaətbəxş idi. Nəticə ürəyimizcə olmasa da, ilk 10-15 dəqiqəni çıxmaq şərti ilə qalan vaxt meydanda dominantlıq edən tərəf biz idik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu qədər qol epizodu yaxaladıqları oyunu xatırlamır: "Ələ düşən fürsətləri qola çevirə bilmədik. Əsasən də son dəqiqələrdəki epizodlar. Düşünürəm ki, bu günədək bu qədər qol epizodu olmayıb. Bu futbolçularla bura qədər birlikdə gəlmişik. Çətin günlərdə və vaxtlarda birlikdə olmuşuq. İndi də düşdüyümüz bu durumdan çıxmağa çalışacağıq. Bu psixologiya ilə matça çıxmaq oyunçular üçün çətindir. Bu gün meydanda yalnız qol çatışmırdı. Bu oyuna görə futbolçulara təşəkkür edir, rəqibə isə uğurlar arzulayıram".

Hacıyevin sözlərinə görə, bu gün meydanda olan hər futbolçu bacardığını ortaya qoymağa çalışdı: "Ruslan Hacıyev də bunlardan biridir. Oyunçular daha yaxşısını etmək istəyirdilər. Səhv etdik və qapımızda qol gördük. Hücum planında yaxşı şeylər oldu. Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi. Heyətdə hər dəfə dəyişiklik edirik. Xüsusən də ön xətdə olanları dəyişirik. Bu gün də dəyişiklik var idi. Ruslan Hacıyevə də şans verməyə çalışırıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30