20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"İsraildə kişi kimi oynamadıq"

MİLLİMİZİN QAPIÇISI CƏZALANMASINDAN XƏBƏRSİZDİ

"Bu oyun haqda danışılası bir şey yoxdu. Biabırçılıqdı, bu cür futbol oynamaq olmaz". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin qapıçısı Andrey Popoviç dedi.

Seçmə mərhələnin son matçında İsrailə 2:7 hesabı ilə uduzduqları oyun barədə danışan Popoviç ağır yenilginin səbəbləri haqda bunları söylədi: "Oyuna yaxşı hazırlaşmışdıq. Lakin matçın əvvəlində qapımızda 2 qol gördük. Bundan sonra isə özümüzə gələ bilmədik. Rəqib güclüdü, amma biz də çox pis oynadıq. Təkrar edirəm, uduzmaq olar, amma belə olanda da yenə layiqli mübarizə aparmaq lazımdı".

"Oyundan sonra baş məşqçi Bernhard Lippert sizə nə dedi" sualını Popoviç belə cavablandırdı: "O heç nə demədi. Lippert özü də bizim oyunumuzdan şoka düşmüşdü. Çünki biz kişi kimi oynamadıq. Yenilgiyə görə baş məşqçi yox, biz günahkarıq".

Biabırçı yenilgidən sonra AFFA-nın baş katibi Elxan Məmmədov mətbuata verdiyi açıqlamada komanda üzvlərinin cəzalandırıldığını bildirdi. Lakin Popoviç bundan xəbərsiz olduğunu dedi: "Cəzalanmağımızdan xəbərsizəm. Çünki oyundan dərhal sonra mən Türkiyəyə gəldim. "Sutoçnu"larımız kəsiləcək? İndi bizim "sutoçnular"ımızı bank hesabımıza köçürürlər. Amma bilmirəm ki, həmin pul hesabıma köçüb, yoxsa yox. Bu mənim üçün maraqlı da deyil. Cəriməsələr də, narazı qalmaram. Biz buna layiqik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30