25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Ayxan Abbasov "Neyləyək, onda oynamayaq, qoy, ikisi bir-biri ilə oynasın?"

"Bilirik ki, kubok oyunları tam fərqli atmosferdə keçir. Bu gün bəzi dəyişikliklər etdim və belə gərgin oyunda həmin futbolçulara güvəndim. Qarşıda "Zirə" ilə çətin oyun və yenə kubokun cavab görüşü var. Ciddi hazırlaşacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"la qolsuz bərabərə qaldıqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Ağdam klubunun futbolçusu Abdullah Zubirin erkən əvəzlənməsinə fikir bildirmək istəmədiyini söyləyib: "Qarabağ"da üst-üstə zədələr olur. Qurban Qurbanov əla məşqçidir, ona baxıb oynamışıq. Hazırda "Qarabağ" bizdən daha gərgin durumdadır. Çempionluğu itirmək təhlükəsi var. Ötən oyun Əli Qurbaniyə elə təpik vurmuşdular ki, ağzı partlamışdı, referi də görməmişdi. "Neftçi"ni uduruq, deyirlər ki, qəsdən belə oynayırlar, "Qarabağ"ı uduruq, deyirlər ki, "Neftçi"yə görə belə oynayır. Neyləyək, onda oynamayaq, qoy, ikisi bir-biri ilə oynasın? Oyunda belə hallar olur".

Abbasov deyib ki, kubok matçında əsas məqsədləri qol buraxmamaq idi: "Cavab oyununu hələ fikirləşməmişəm. Qarşıda "Zirə" ilə gərgin görüşümüz var. "Qarabağ"a çempionat matçında uduzsaq da, komandamdan razı qalmışdım. Narazılığım hakimdən idi. "Qarabağ" bizə qarşı oynadığı kimi digər rəqiblərə qarşı oynamır. Cavab oyununda çalışacağıq ki, bu sindromu qıraq".

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərinə də münasibət bildirib: "Ola bilsin, Qurban müəllim aqressiv danışıb. Amma mənə heç kim təzyiq edə, sifariş verə bilməz ki, futbolçularıma belə oynamağı tapşırım. Heç bir klub bizə dəstək olmadı ki, "Sumqayıt"da koronavirus olanda oynamamağımızı istəsinlər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30