16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Türkiyə millisinin AVRO-2020 üçün Bakı proqramı

Türkiyə millisinin Avro-2020 üçün hazırlıq proqramı açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, yığma komanda 11 iyun-11 iyul tarixlərində keçiriləcək turnir öncəsi mayın 17-i Antalyadakı "Regnum Carya" otelində toplaşacaq. "Ay-ulduzlular" 27 mayda Alaniyanın Oba stadionunda Azərbaycanla, 31 mayda Antalya stadionunda Şimali İrlandiya ilə yoldaşlıq görüşündə qarşılaşacaqlar.

Daha sonra, 2 iyun tarixində Almaniyanın Harsevinkel şəhərindəki Klosterpforte otelində toplaşacaq milli komanda  3 iyunda Paderborn stadionunda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

Almaniyadakı təlim-məşq toplanışını bitirdikdən sonra yığma 10 iyunda Avro-2020 matçları üçün Romaya gedəcək. Turnirdə A qrupunda mübarizə aparacaq Türkiyə millisi 11 iyun cümə günü Bakı vaxtı ilə saat 23:00-da Roma Olimpiya Stadionunda İtaliya ilə turnirin açılış matçına çıxacaq.

Qrupdakı digər oyunlar üçün milli komanda iyunun 12-də Azərbaycanın paytaxtı Bakıya gələcək və "Fairmont Baku Flame Towers"də qalacaq. Qardaş ölkənin yığması 16 iyunda Uelslə, 20 iyunda İsveçrə ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ev sahibliyi edəcəyi hər iki oyun yerli vaxtla saat 20:00-da başlayacaq.

Qrupdan çıxacağı təqdirdə, milli komanda 21 iyun tarixindən etibarən yenidən Almaniyanın Klosterpforte Otelindəki düşərgəyə gedəcək və qurulacaq yarış təqviminə uyğun hərəkət edəcək.

Türkiyə yığması qrupdan çıxsa, 1/8 final matçını 26-29 iyun tarixləri arasında London, Amsterdam, Bilbao, Buxarest və ya Qlazqoda keçirəcək.

1/4 final 2-3 iyul tarixlərində Münxen, Bakı, Sankt-Peterburq və Romada keçiriləcək. Londonun ev sahibliyi edəcəyi yarımfinal 6-7 iyul, final isə 11 iyul tarixində olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30