29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

De Byazi: "Komandanın qorxaq futbol oynamasını istəmirəm"

"Bu, mənim üçün şok oldu. Çünki heç vaxt belə şeyləri sevməmişəm və etməmişəm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqşisi Canni De Byazi "CBC Sport"a müsahibəsində yığmaya tapşırıqla futbolçu çağırılması iddialarına münasibət bildirərkən deyib.

65 yaşlı mütəxəssis həmişə komandasının və millətinin maraqları üçün çalışdığını sözlərinə əlavə edib.

İtaliyalı baş məşqçi Azərbaycanın digər legioner oyunçularının yığmaya dəvət ala biləcəyini istisna etməyib: "Pandemiya və başqa səbəblərdən yaranan çətinliklərə görə qərar verdik ki, əsas yerli çempionatda çıxış edənləri milliyə çağıraq. Ölkə xaricindən dəvət olunan yalnız Anatoli Nuriyev idi. Amma gələcəkdə hər kəs komandada yer ala bilər. Futbolçular əmin olmalıdır ki, onların yığmaya köməyi dəyəcək".

De Byazi DÇ-2022-nin seçmə mərhələsində bəzi gözlənilməz nəticələrin qeydə alındığını xatırladıb: "Moldova kimi komanda böyük hesabla məğlub oldu. Şimali Makedoniyanın da oyununa baxırdım. Almaniya seçməsi 4 qol vuraraq rahat qələbə qazana bilərdi. Şimali Makedoniyanın İngiltərə və İtaliya kimi çempionatlarda çoxlu futbolçuları var. Əminəm ki, bizim oyunçulara da bu çox vacibdir. Çünki beynəlxalq təcrübə önəmlidir. Bu hal milliyə köməklik edə bilər".

Təcrübəli mütəxəssis komandanın müdafiəçilərinin oyunu barədə də danışıb: "Biz çox güclü rəqiblərə qarşı çıxış etdik. Portuqaliya FIFA reytinqində 4-cü pillədə qərarlaşıb və 2016-cı ildə Avropa çempionu olub. Fikirəşirəm ki, çox güclü yığmadır. Onlara qarşı matçın ilk hissəsində futbolçularıma çox irad tuturdum. Öz oyunumuzu sərgiləmirdik, qorxa-qorxa oynayırdıq. Bu məni çox əsəbiləşdirirdi. Heç vaxt istəmirəm ki, komandalarım qorxaq futbol oynasınlar. İkinci yarıda oyunumuz bir az yaxşı keçdi. Qorxmurduq, çalışırdıq öz oyunumuzu göstərək. Serbiya isə həm individual, həm də komanda baxımından bizdən qat-qat üstündür. Futbolçuların çoxu güclü çempionatlarda çıxış edir. Bu mənada böyük təcrübələri var. Düşünürəm ki, Serbiyaya qarşı da yaxşı oyun keçirdik".

Baş məşqçi növbəti oyunlardakı gözləntilərini də bölüşüb: "İlk müsahibəmdə dediklərimi yenidən təkrarlamaq istəyirəm. Hamımız inansaq, bu, həqiqətən mümkün ola bilər. Komanda əsasən çətin oyunlarda formalaşır və böyüyür. Gələcəkdə 6 qarşılaşmamız var. Bu görüşlərdə sonadək mübarizə aparmalı və yaxşı oyun göstərməliyik. Hazırda çox şeylər bizə yuxu kimi gəlsə də, sabah bunların reallaşması mümkündür".

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk matçında Portuqaliyaya 0:1, ikinci görüşdə isə Serbiyaya 1:2 hesabı ilə uduzub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31