29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin üzvü: “Səfərə də bu məqsədlə yollanacağıq”

Azərbaycan millisinin legioner futzalçıları Bolinya və Eduardo Borges komanda ilə məşqlərə başlayıblar.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Edu federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Braziliyalı oyunçu ilk məşqinin bir qədər çətin alındığını, bugünkü hazırlıq prosesində daha rahat məşq edəcəyini söyləyib.

O, ilk məşqin komandası üçün yaxşı alınmadığını da diqqətə çatdırıb: "Hadı Əhmədi və Əmir Şocayi zədələndi. Bu da onların özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyindən irəli gəlirdi. Ümidvaram ki, hər şey yaxşı olacaq və hər iki futzalçı bizimlə birgə səfərə yollanacaq”.

Futzalçı Qalonun komandaya qoşulmasından sonra daha da güclənəcəklərini, itkilərin isə komandaya çətinlik yaradacağını qeyd edib. Müdafiəçi Slovakiya ilə qarşılaşmada şansların bərabər olduğunu da vurğulayıb: “Şanslar 50-nin 50-yədir. Biz qələbə qazansaq, liderliyimizi təmin edəcəyik. Elə səfərə də bu məqsədlə yollanacağıq. İstəyimizi reallaşdıracağımıza inanırıq”.

Eduardo birinci pilləni təmin etmək üçün Slovakiya ilə görüşdə 1 xalın kifayət edəcəyini, amma meydana sırf heç-heçə üçün çıxmayacaqlarını deyib: “Bilirik ki, Slovakiya ilə görüşdə heç-heçə də bizə məqsədimizi reallaşdırmağa yetir. Ancaq meydana heç vaxt 1 xal üçün çıxmamışıq. Bizə iki oyundan 6 xal lazımdır. Onda həm də əhval-ruhiyyəmiz yüksək olacaq. Eyni zamanda, indi UEFA-nın tərtib etdiyi reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışıq. Qələbələr qazanmalıyıq ki, xal ehtiyatımızı artıraq. Əks təqdirdə, hamımız əsəbi, gərgin olacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Qrupda son oyun isə aprelin 14-də Bakıda Yunanıstana qarşı olacaq. Yığma artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31