25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Sənan Qurbanov: “Son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirir”

“Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Milli üzvləri bizdən kənarda olsa da, fikrimiz bugünkü oyuna bağlı idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qarabağ"la keçirilən görüşdə sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: “Qarabağ” topa nəzarət edir, rəqibə psixoloji təsir edir. Oyundan qopmadılar. Mübarizə apardılar. İstəyərdik qalib gələk. Təəssüf ki, sonda qapımızda qol gördük. Oyunçularda qələbəyə inamı hiss edirdim. Kamaranın zədələnərək əvəzlənməsi planları pozdu. O, millidən də yorğun dönmüşdü. Həmişə pressinq etməyə çalışırdıq. Amma “Qarabağ”a qarşı sıx oynamağa üstünlük verdik. Qol imkanlarımız oldu. Taktikanı rəqibə görə seçmişdik. Hücumda oynamaq istəsək də, rəqibə görə düzgün oynamağa üstünlük veririk.

Son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirir. Lakin futbolçulara təşəkkür etdim ki, oyundan qopmadılar. Biz psixoloji cəhətdən güclü olmalıyıq. Qarşıda 7 tur və kubok oyunları var. Futbolçuların meydanda can qoyduqlarını rəhbərlik də görür. Daim yanımızdadırlar. Tək kuboka köklənməmişik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30