18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Joze Alesio: “Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir”

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda gündə bir dəfə olmaqla məşqlərini Bakı İdman Sarayında həyata keçirir. Hazırda baş məşqçi Joze Alesio Da Silvan tam heyətə tapşırıqlarını verə bilmir. Karyerasını ölkə xaricində davam etdirən milli üzvləri məşqlərə sabah qoşulacaq.

Hazırlıqla bağlı azfutzal.az-a açıqlama verən baş məşqçi bunları deyib: “Komanda planlaşdırdığımız kimi, aprelin 1-dən toplanışdadır. Buna qədər isə gündəlik məşqlərimzi edirdik. Hazırda oyunçular oteldə qalır. Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir. Çünki İspaniya çempionatında oyunlar keçirilir. Qalo düşərgəmizə aprelin 5-də gələcək və Bakıda cəmi bir məşqdə iştirak edəcək. Eduardo və Bolinha daha tez gələcək Bakıya”.

Alesio zədə səbəbindən bəzi oyunçulara dəvət göndərə bilmədiyini də qeyd edib: “Rafael Vilela və Vassoura bu dəfə bizə kömək edə bilməyəcək. Həkimi zədə səbəbindən Vilelanın azı 2 həftə məşqlərdən kənarda qalacağını bildirib. Ona görə də heyətdə müəyyən dəyişiklik edəcəyik. Qalan hər kəs oyuna hazırdır”.

Braziliyalı mütəxəssis zədəli futzalçılara rəğmən səfərdən qələbə ilə dönmək istədiklərini, bunun üçün də kifayət qədər səbəblər olduğunu vurğulayıb: “Bəli, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq bu qalan 2 oyuna rahat çıxmağımıza əsas vermir. Əvvəla, biz liderliyi təmin etməliyik. Bunun üçün də Slovakiya ilə dueldən xal və ya xallarla ayrılmalıyıq. Əlbəttə, hər iki oyundan qalib ayrılsaq, daha yaxşı olar. Çünki qazanılacaq uğurlu nəticə reytinq xallarımızı artıracaq. Hazırda Xorvatiya ilə aramızdakı fərq elə də böyük deyil. Qarşıda iki oyunumuz var, onların da bu qədər matçı qalıb. Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki, reytinq xalımız artsın, gələcək püşkatmalarda xeyrimizə işləsin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30