28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin futbolçusu məğlubiyyətə görə üzr istədi

"Oyun çox çətin keçdi. Bizim və rəqibin təhlükəli qol vəziyyətləri oldu. Serbiya yığması əlinə düşən imkanlardan maksimum yararlandı. Təəssüf ki, məğlub olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Azər Salahlı evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə matçı barədə danışarkən deyib.

"Keşlə" klubunda çıxış edən 27 yaşlı müdafiəçi bildirib ki, çox əziyyət çəkmələrinə rəğmən, nəticə istədikləri kimi alınmayıb.

O, cinahda çıxış etməsinə baxmayaraq, rəqib qapısı qarşısına lazımi ötürmələr verə bilməməsinin səbəbini belə izah edib: "Bu görüşdə baş məşqçi mənə sol cinahda yer versə də, üç mərkəz yarımmüdafiəçisindən biri funksiyasını yerinə yetirirdim. Oyun ərzində daha çox mərkəzdə olurdum. Bununla belə, əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Məncə, oyunum normal alındı. Rəqib də 5 müdafiəçidən istifadə etdi. Bu səbəbdən, cinahlardan hücumlar qurmaq alınmadı".

Salahlı seçmə mərhələ Portuqaliya və Serbiya ilə görüşlərdə xal qazana bilmədikləri üçün məyusluq ifadə edib: "Vallah, inanın ki, biz qələbə qazanmağı hər kəsdən çox istəyirik. Məğlubiyyətə görə bizi dəstəkləyən insanlardan üzr istəyirəm. Gələcək oyunlarda əlimizdən gələn və gəlməyən nə varsa, edib qələbə qazanacağıq. Mən buna çox inanıram".

Müdafiəçi ikinci hissədə arxa əzələsində ağrılar hiss etdiyi üçün baş məşqçi Canni De Byazidən əvəzlənməsini istədiyini söyləyib.

Qeyd edək ki, ilk turda Azərbaycan millisi səfərdə Portuqaliyaya uduzub - 0:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31