24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

De Byazi Serbiya ilə oyun üçün “23-lüy”ü açıqladı

DÇ-2022-nin seçmə mərhələsində bu gün Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının sözügedən oyun üçün iştirak ərizəsi məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Canni De Byazi Serbiya ilə matç üçün “23-lüy”ə 14 qolla Premyer Liqamızın bombardirləri siyahısına başçılıq edən Namiq Ələsgərov, həmçinin, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu daxil etməyib.

Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə

Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov

Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev

Qeyd edək ki, bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan-Serbiya görüşü saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30