25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Azərbaycanla oyuna yalnız qələbə üçün çıxacağıq"

"Azərbaycanla matçdan gülər üzlə ayrılacağımıza inanırıq. Bu görüşdə yaxşı nəticə qazana bilərik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Serbiya millisinin futbolçusu Filip Curiçiç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, meydana qələbə üçün çıxacaqlarını bildirib: "Rəqibin Portuqaliya ilə oyununu izləməmişik, Azərbaycan taktiki cəhətdən yaxşı çıxış etdi. Canni De Byazini tanıyırıq və bilirik ki, matç asan olmayacaq. Rəqibin oyun üslübunu izləyən zaman bir çox məqamları analiz etdik. Azərbaycan rəqibə qarşı yaxşı pressinq tətbiq edə bilir. Biz yalnız meydana qələbə üçün çıxacağıq. Portuqaliya ilə matçda xal qazanandan sonra komandamızda özünəinam artıb".

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Serbiya görüşü 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30