20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Stoykoviç: “Sabah çətin oyun olacaq”

"Bakı gözəl şəhərdir, buranı çox bəyəndik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycanın 1-ci turda Portuqaliya ilə matçını (0:1)izlədiyini vurğulayıb: "Yaxşı komandaya qarşı oynayacağıq. Sabah çətin oyun olacaq. Rəqib fiziki baxımdan hazırlıqlıdır. Bizə çətinlik yaradacaqlarını istisna etmirik. Əsas hədəfimiz yalnız qalibiyyət olacaq".

Baş məşqçinin sözlərinə görə, sabah uduzsalar, bu, faciə hesab olunmayacaq: "Məğlubiyyət də oyunun bir hissəsidir. Amma final mərhələsinə getmək istəyiriksə, qalib gəlməliyik. Bilirik ki, sabah çətin komandaya qarşı oynayacağıq. Futbolda asan rəqib yoxdur. Azərbaycan millisi istənilən komandaya problem yaradan komandadır. Lakin sabah 3 xal qazanacağımıza inanıram".

56 yaşlı mütəxəssis Serbiya yığması ilə Bakıya gələn Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç haqqında söhbət açıb:  "Subaşiç yaxşı futbolçu olub. Eyni zamanda, yaxşı insandır. Azərbaycan millisində keçdiyi yolu, vurduğu 7 qoldan xəbərdarıq".

Stoykoviç Portuqaliya ilə matçda rəqib komandanın kapitanı Kriştiano Ronaldonun sayılmayan qolu barədə də danışıb: "Hazırda bizim üçün önəmli olan sabahkı matçdır. Portuqaliya ilə matç geridə qalıb. Artıq həmin görüşdə deyilik. Ona görə bu barədə düşünmək istəmirəm. Ona qalsa, Ronaldo da ofsayddan qol vurmuşdu. Düzdür, üzr istədilər. Amma nəticə dəyişmədi. Həmin epizoda bir rakursdan baxanda top qapı xəttini keçmiş kimi görünürdü. Digər rakursdan isə fərqli görünürdü. Mübahisəli epizoddur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30