19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ayxan Abbasov: “Məğlub olmağı istəməzdik”

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"a uduzduqları yoxlama oyunu haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, 2:3 hesablı yenilgini belə şərh edib:

"Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasiləni səmərəli keçirmək istəyirdik. Buna görə də əvvəlcə MOİK, ardınca isə bugün "Sabah"la yoxlama oyunu keçirdik. Bizim kimi "Sabah"ın da əsas heyət üzvlərinin bir çoxu milli komandaların heyətində yer almışdı. Bununla əlaqədar akademiyamızın perspektiv vəd edən bir neçə gənc futbolçusunu əsas komandaya cəlb etmişdik. Bugünkü oyuna gəlincə isə maraqlı 90 dəqiqə izlədiyimizi düşünürəm. Təbii ki, məğlub olmağı istəməzdik.

Xırda səhvlərin nəticəsində qapımızda qollar gördük. Lakin meydanda olanların akademiyanın yetirmələri, Premyer Liqa təcrübəsi olmayan gənclər olduğunu düşünsək, təəssüflənməyə dəyməz. Gənclərin bu cür oyunlarla təcrübə qazanacağına inanıram. Artıq milli komandalarda olan futbolçularımızın qayıtmasını gözləyib, tam şəkildə "Neftçi" ilə oyuna hazırlaşacağıq. Aprel ayında demək olar ki, sıx qrafiklə oynayacağıq, ona görə də hər bir futbolçumuzun formada olmağı bizim üçün vacibdir".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30