20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

De Byazi: “Bu görüş Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq”

“Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur. Lüksemburq komandasına qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadır. Xüsusilə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi Qətərə qarşı keçiriləcək yoxlama oyunu haqda danışarkən deyib.

İtaliyalı mütəxəssis sabahkı qarşılaşmanın komandasının inkişafına kömək edəcəyini bildirib: “Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək. Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil. Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30