19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

De Byazi: “Rəqibdən qorxmamalıyıq”

“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır. Daha çox birlikdə oynamalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun haqda danışarkən deyib.

İtaliyalı mütəxəssis sabahkı matçda xal qazanmağa çalışacaqlarımı bildirib: “Bizə vaxt lazımdır. Rəqib isə daha təcrübəli komandadır. Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik”.

De Byazi qeyd edib ki, komandası rəqibdən çəkinməməlidir: “Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda  istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik. Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30