25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

PSJ-nin yarımmüdafiəçisi: “Azərbaycana qarşı oyun asan olmayacaq”

"Azərbaycana qarşı oyun asan olmayacaq. İndi rahat oyunlar olmur. Buna görə qələbə ilə başlamaq vacibdir. Üç oyundakı məqsədimiz üç qələbə qazanmaqdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Danilo Pereyra DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanla oyundan öncə deyib.

PSJ-nin yarımmüdafiəçisi bildirib ki, müasir futbolda zəif komanda yoxdur: "Yaxşı təşkilatlanmış, əks-hücuma sürətlə keçən, arxa və ön xətdə sabit oynayan kollektivlər var. Düzgün nəticələr çıxarmaq üçün Azərbaycanı yaxşı təhlil edəcəyik".

Pereya qarşılaşmanın Portuqaliyada deyil, İtaliyada keçirilməsinə belə münasibət bildirib: “Yeni reallıqlara öyrəşməliyik. Turində azarkeşsiz oynamaq, fikrimcə, problem yaratmayacaq. Çünki düşüncə tərzi eyni olacaq və bizə həvalə olunan məsuliyyətdən çəkinməyəcəyik. Bütün gücümüzlə mübarizəyə atılacağıq".

Qeyd edək ki, martın 24-də Turində keçiriləcək Portuqaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30