20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Romero: “Çempionluğun taleyini müəyyənləşdirmək asan olmayacaq”

“Azərbaycanda olduğum müddətdə bu ölkənin adət-ənənələrini yaxşı öyrənmişəm. Bilirəm ki, qarşıdan Novruz bayramı gəlir və fürsətdən istifadə edib bu münasibətlə bütün azərbaycanlıları, xüsusilə də komandamızın azarkeşlərini təbrik edirəm".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Xayme Romero klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi Premyer Liqadakı fasilədən sonra onları gərgin oyunlar gözlədiyini bildirib: "Çempionatda fasilə olsa da, bizim üçün bu fasilə bitib. Məşqlərimiz davam edir. Amma çətinlik çəkdiyimizi söyləməliyəm. Çətinlik deyəndə nəzərdə tutduğum əsas heyətin cəmi 7 futbolçusu ilə hazırlığı davam etdirməyimizdir. Həftəsonları oyunların keçirilməyəcəyini nəzərə alsaq, əvvəlki gərginliyimiz yoxdur. Buna baxmayaraq, məşq proseslərindən maksimum yararlanmalıyıq. Çünki Premyer Liqada vacib oyunlar bizi gözləyir.

Çempionatda bütün komandalar ciddi müqavimət göstərib, xal qazanmaq istəyirlər. Qalan oyunlar çox çətin keçəcək. “Neftçi”nin də ciddi rəqabət apardığını nəzərə alsaq, çempionluğun taleyini müəyyənləşdirmək asan olmayacaq. Bütün oyunlar həlledicidir və bu matçlardan maksimum yararlanmağa çalışacağıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30