19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Honda: “Əlimdən gələni edəcəyəm ki, çempion olaq”

“Neftçi” ilə müqavilə imzalayan Kaysuke Honda paytaxt klubuna keçidi haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi müqavilə imzalanma mərasimindən sonra ilk olaraq bu cür təqdimata görə “Neftçi”yə təşəkkür edib: “Burada olduğum üçün çox xoşbəxtəm. Rəqiblərimiz olduqca güclüdür. Bilirəm ki, asan olmayacaq. "Neftçi" çempion olmaq istəyir, mən də ambisiyalıyam. Ona görə də bura gəldim".

Yaponiya millisinin sabiq üzvü “Neftçi”nin iki oyununu izlədiyini qeyd edib: “Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Qol vurmaq üçün hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq. Mənə bu imkanı verdikləri üçün təşəkkür edirəm. Düzdür, karyeram ərzində çox səhvlər etmişəm. Amma burada onları təkrarlamayacağam".

O bildirib ki, "Neftçi"ni seçməsi Avropada oynamaq istəyi ilə bağlıdır: “Neftçi”ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa variantlarım var idi, amma mən Avropada çıxış etmək istəyirdim. Avropadan da “Neftçi” mənimlə maraqlandı. Mənə bu barədə Yaponiyada da sual verdilər ki, niyə orada qalmadın? Yaponiyada oynamaq artıq mənim üçün maraqlı deyildi. Bu, mənim üçün yeni çağırışdır. Burada da uğurlu olmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Honda “Neftçi” ilə mövsümün sonunadək müqavilə imzalayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30