19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Namiqin 30-cu qolu

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçinin yubiley topu XX tura təsadüf edib. O, “Səbail”lə ev qarşılaşmasında (4:0) komandasının ilk qoluna imza atıb.

Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Ələsgərov 157-ci oyununda 30-a çatıb. O, 4 klubun heyətində fərqlənib. “Neftçi”də 24 qola sevinən yarımmüdafiəçi “Kəpəz”də 3, “Bakı”da 2, “Qarabağ”da 1 dəfə rəqib qapısına yol tapıb.

Ələsgərov Azərbaycan çempionatları tarixinə 30 və daha çox qol vuran 93-cü futbolçu kimi düşüb. O, bu göstəricidə hərəyə 30 dəfə fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemona çatıb.

Qeyd edək ki, Namiq ilk qolunu 2013/14 mövsümündə “Bakı”nın heyətində vurub. O, 2014-cü il martın 29-da “Simurq”la ev oyununda (2:1) fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30