19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: "8 komandanın 8-i də etiraz edir"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ"yə qarşı Premyer Liqanın 20-ci turunun oyunundan (1:1) sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, qarşılaşma haqda bunları söyləyib:

"Bu komandanın həmişə ruhu var. Ona görə də bu gün çempionatın hər oyununda müsbət tərəfdən seçilir. Oyuna pis başlamadıq, standart vəziyyətdən qol buraxdıq, ondan sonra futbolçular gərginləşdi. 5-10 dəqiqə oyuna nəzarəti itirdik. Daha sonra rəqib azlıqda qaldı, biz üstün oynamağa başladıq. Rəqib də təhlükəli əks-hücumlara çıxırdı. Sonda boyük qüvvəylə urəli atıldıq, əlavə hücumçular meydana buraxdıq, hətta stoperimizi hücuma göndərdik. Sonda bərabərlik qolunu vurduq. Bizim üçün burada məğlub olmamaq çox vacib idi. Avrozona üçün bu oyunda məğlub olmamaq çox önəmli idi".

- Müdafiədən razı qaldınız?

- Hesabda geri düşdükdən və rəqib azlıqda qaldıqdan sonra məcburiyyətdən Lazarı əvəzlədik. “Qəbələ” hücum və əks-hücum etməyi bacarır. Komandanın müdafiə olunmağından razı deyiləm.

- Son dəqiqələrdə İlkin Muradov rəqiblə mübahisə etdi. Buna səbəb nə oldu?

- Belə şeyləri sevmirəm, amma oyunun sonları idi, əsəblər tarıma çəkilir. Komanda hesabda geri, İlkin mübahisə edir. Olmaz belə şey, mənim komandamda belə şey olmamalıdır. Görünür, bu yöndə danışıqlar olacaq.

- Hakimlik çox bərbad idi?

- Xeyr,  hakimlikdən narazı deyiləm. Amma 8 komandanın 8-i də etiraz edir. Hakimliklə bağlı bu oyunda narazılıq olduğunu düşünmürəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30