20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” - “Zirə”: 24-cü duel

Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində baş tutacaq görüş iki rəqib arasında 24-cü duel olacaq. İndiyədək 9 qələbə qazanan “Qəbələ” eyni sayda heç-heçə edib və 5 dəfə uduzub. Bu qarşılaşmalarda 32 qol vuran komanda 21 top buraxıb. “Qırmızı-qaralar”ın “Zirə” ilə matçlardakı ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi 4 qola imza atan. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez 2 qola sevinib.

Premyer Liqa çərçivəsində baş tutan 21 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. “Qəbələ” 25 qol vurduğu matçlarda 19 top buraxıb.

12-ci dəfə “Zirə”ni qəbul edəcək “Qəbələ” öz meydanında 5 dəfə qalib gəlib. Doğma divarlar arasında 5 heç-heçəsi olan komanda yalnız bir dəfə uduzub. Evdə 17 qol vuran “Qəbələ” qapısından 8 top buraxıb.

Xatırladaq ki, bu gün keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 15:00-da başlayacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30