25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Honda kimi legionerlərin Azərbaycanda olması hər bir komandaya xeyirlidir”

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə qarşılaşma haqda fikirlərini açıqlayıb:

- Futbolçularımı təbrik edirəm, vacib oyun idi. Düzdür, oyunçularda bir az həyəcan, gərginlik var idi, amma 90 dəqiqə yaxşı oyun nümayiş etdirdilər. Hər bir futbolçudan razı qaldım. Düşünürəm ki, komanda hər oyun inamla, əzmlə mübarizə aparırlar. Uzun bir fasilə olacaq, bu zaman ola bilsin, oyunçular optimal formasını itirsin. Lakin hər bir halda əlimizdə olan 4-5 futbolçu ilə 14-15 günü keçirməliyik. Ramin Quliyevə uğurlar arzu edirəm.

- Kevin Medinanın ehtiyatda qalma səbəbi nə idi?

- Nüanslar çox idi, birdən-birə bu oyuna çıxmaq çətin olardı. 4 oyundur oynamırdı, ancaq məşq edirdi. Eyni zamanda digər futbolçular da özlərini yaxşı tərəfdən göstərmişdi.

- Dino Ndlovunun geri dönəcəyi nə qədər doğru məlumatdır?

- Klubun mətbuat xidməti bizim adımızdan məlumat vermişdi, Dinonu çox istəyirik. "Qarabağ"ın bir parçası olub, böyük uğurlarda onun payı var. Hazırda Dino ilə bağlı belə bir məsələ yoxdur. Yanvar ayında sadəcə epizodik danışıq olmuşdu, təklif olunmuşdu, amma klubunda onun müqaviləsi var. Yəni aramızda ciddi bir danışıq olmayıb.

- Dediniz ki, 15 günlük fasilə var. Millinin ötən toplanışından qayıdan futbolçularda problem var idi. Sizcə, yenə bu problem yaşanacaq?

- Millinin toplanışından sonra futbolçuların hazırlığından narahat olmamışam. Onların psixoloji hazırlığından narahat olmuşam və həmişə də elə bir an olub ki, optimal formanı, oyunlarda olan balansı itirmişik. 15 gün az vaxt deyil, millinin oyunundan 4 gün sonra çempionatın görüşüdür. Bu, məni çox narahat edir. Yenidən komandanı hazırlamaq problem olar. Dəfələrlə belə hallar olub. Hər bir halda milli komanda hamımızındır. Bir tərəfdən sevinirik ki, bu qədər oyunçumuz dəvət olunur. Hər biri ən yaxşı nəticə üçün çalışacaq.

- Hondanın "Neftçi"yə transfer olması Azərbaycan futboluna nə verəcək?

- Belə böyük adların bizim futbolda hallanması müsbət haldır. İstər məşqçi, istər tanınmış futbolçu Azərbaycana gələndə marağa səbəb olur. Düzdür, hazırda oyunlarda azarkeş yoxdur, amma yenə də bunu müsbət hal kimi dəyərləndirirəm. Bu transfer onların iddialı olmasını göstərir. Ümumiyyətlə, belə legionerlərin Azərbaycanda olması hər bir komandaya xeyirlidir. Ən azı hər bir futbolçu oyunlara motivasiyası ilə hazırlaşır.

- Son tura kimi azad agentləri transfer etmək olur. Siz bundan niyə istifadə etmirsiniz?

- Elə bir vaxtda transfer etmək lazımdır ki, futbolçunun fiziki forması yaxşı olsun. 2-3 ay oynamayan futbolçu üçün çətindir. Hər bir halda uyğun variant olsa, istifadə edərik. Amma hazırda elə bir firkrimiz yoxdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30