16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Ramin Quliyev: “Heyət olaraq hər şeyin ən yaxşısına qadirik”

"Komandanı iki gündür ki, qəbul etmişəm. Hansı rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Kollektivdə komanda ruhu, futbolçuların istəkli və əzmli olduğunu gördüm. İki gün içərisində belə vəziyəti görmək çox xoş oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın müvəqqəti baş məşqçisi Ramin Quliyev Premyer Liqanın 20-ci turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, istefaya göndərilən ispaniyalı baş məşqçi Visente Qomes haqqında bunları deyib: "Bu, klub rəhbərliyinin işidir. Məsələdə qırılma anı olub. Qərar verildi ki, Visente Qomeslə yollar ayrılmalıdır. Xırdalıqları açıqlaya bilmərəm".

Quliyev baş məşqçi kimi komandanı cəmi bir məşqə çıxardığını deyib: "Komandanı özünə inandırmaq istədim. İki gündə demək olar, yatmamışam. Heyət olaraq hər şeyin ən yaxşısına qadirik. Bu mübarizə ilə çox şey etmək olar. Vacib olan futbolçularda özünəinamı yaratmaq idi".

Baş məşqçi Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev haqqında da danışıb: "Onunla 2-3 dəfə söhbət etmişəm. Ramildə ruh düşkünlüyü və inamsızlıq var. Ona şans verəcəyəm ki, özünü sübut etsin. Ümid edirəm ki, yaxın zamanda fərqli Şeydayev görəcəksiniz".

Quliyev klub rəhbərliyinin ona dəstək olduğunu vurğulayıb: "Mən  müvəqqəti baş məşqçiyəm. O müvəqqəti sözünü götürə bilsəm, kluba da, mənə də xeyirdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30