19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”da üç yubiley

Azərbaycan Premyer Liqasının XIX turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Zirə” ilə səfər matçı (2:0) Filip Ozobiç, Xayme Romero və Abbas Hüseynovun yubileyin oyunu kimi tarixə düşüb.

2018-ci ilin yayından Ağdam klubunda çıxış edən Ozobiç 75-ci dəfə “Qarabağ”ın formasını geyinib. O, çempionatda 47, kubokda 4, avrokuboklarda 24 dəfə meydana çıxıb. Xorvatiyalının debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı görüşündə (1:0) reallaşıb. Yarımmüdafiəçi 75 matçda 22 qol vurub.

Ağdam klubuna bir il sonra gələn Xayme 50-ci dəfə “Qarabağ” forması geyinib. İspaniyalı legioner bu müddətdə 26 çempionat, 4 kubok və 20 avrokubok qarşılaşmasında şans qazanıb. Onun ilk matçı 2019-cu il iyulun 10-da Albaniyada “Partizani”yə qarşı olub. Çempionlar Liqasının görüşü qolsuz bitib. Romero 11-ci qolunu “Zirə”nin qapısından keçirib.

Legionerlə müqayisədə daha tez - 2017-ci ilin yayında “Qarabağ”a keçən Abbas Premyer Liqada 50-ci dəfə ağdamlıların şərəfini qoruyub. 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşü (3:1) onun klubundakı ilk çempionat matçı olub. Abbas 4 mövsüm ərzində 1 qola imza atıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30