20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: "Neftçi" ilə aramızda çox ciddi rəqabət var"

"Vacib oyun idi. Hər iki komanda istəkli oynadı. İlk yarıda 2:0 öndə idik. İkinci hissə asan keçmədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 19-cu turunda səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bu komandaya qarşı oynamaq həm çətin, həm də maraqlıdır: "Hücum futbolu oynamaq istədik. Qələbəyə görə razı qaldım. "Zirə"yə, Rəşad Sadıqova uğurlar arzulayıram".

Qurbanov 61-ci dəqiqədə zədələnən Xayme Romeronun durumuna da toxunub: "Ola bilər ki, zədə ciddi deyil. Bəlkə, yorğunluqla bağlıdır. Hazırda tam dəqiq deyə bilməyəcəm. Zubir özünü yaxşı hiss etmirdi. Bir az xəstə idi. Ona görə start heyətdə meydana buraxıb risk etmədik".

Baş məşqçi çempionluq yolunda hər xalın önəmli olduğunu vurğulayıb: "Hər oyun bizim üçün narahatlıq yaradır. Zirvə üçün yarışırıqsa, hər xal vacibdir. "Neftçi" ilə həmişə rəqabətimiz olub. İl boyu daim qələbə olmur. Komanda bəzən formadan uzaq düşür. Bu gün çox ciddi rəqabət var. Hər iki komandada da xal itkisi ola bilər. Sonadək mübarizə aparacağıq. Qismətimizdə varsa, çempion olacağıq".

Təcrübəli mütəxəssis "Zirə"nin aqressiv komanda olduğunu söyləyib: "Biz Rəşadla bir-birimizə qarşı oynayanda belə, həddindən artıq aqressiv oyun gedir. "Zirə" tək bizə yox, digər klublara qarşı da aqressiv oynayır. Rəşad Sadıqovun gəlişindən sonra komanda fərqli olub. O, elə məşqçi və adam deyil ki, kiməsə nəyisə göstərsin".

Qurbanovun sözlərinə görə, futbol bir oyuna görə qalibin müəyyənləşdiyi idman növü deyil: "Hər matç çox vacibdir. Bizim düşünmədiyimiz nəticələr ola bilər. Növbəti matç "Sabah"a qarşıdır. Hələlik bu oyunu düşünəcəyik".

Baş məşqçi oğlu Musa Qurbanlının çıxışı barədə danışmaq istəməyib: "Bu sualı Raşad Sadıqova versəniz, yaxşı olur. Bütün futbolçularımdan tam razı qalmamışam. Musa da öz üzərində çox işləməlidir" (“Report).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30