18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Aftandil Hacıyev: “Belə epizodları ona bağışlamaq olar”

Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Qəbələ”ylə 1:1-lik bərabərliyə qalan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, A.Hacıyev əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Qəbələ səfəri hər zaman çətin olur. Bu, hər bir komandaya aiddi. Hava durumu bir qədər ağır olur. İlk hissədə həqiqətən çətin idi. Amma fasiləyədək yaxşı epizodlar yaxalamışdıq. Rəqib keyfiyyətli futbolçulara sahibdir. Futbolçularımız sonadək əzmkar mübarizə apardı. Bu matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq. Peyman Keşavarz və Henrik Ekşteynsiz bizə çox çətin idi. Amma 1 xalı qazanmağı bacardıq.

- Ruslan Hacıyevin qırmızı vərəqə aldığı epizodu şərh edərdiniz...

- Ruslan hücumda effektiv olsa da, müdafiədə bunu edə bilmir. Gəncdi, bu cür epizodları ona bağışlamaq olar. Xeyli vaxt idi start heyətində meydana çıxmırdı.

- Ekşteyn niyə yox idi?

- “Keşlə”ylə oyunun sonlarında zədələnmişdi. Həkim müayinəsindən sonra 2-3 həftəlik sıradan çıxdığı müəyyənləşdi. Yəqin ki, millinin oyunları ilə bağlı yaranacaq fasilədə tam bərpa olacaq (sport24.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30