23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Keşlə” üçün 550

"Keşlə” Azərbaycan çempionatlarında 550-ci qolu buraxıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu qola Premyer Liqanın 19-cu turunda “Neftçi”nin futbolçusu Namiq Ələsgərov imza atıb.

1:3 hesabı ilə uduzan “Keşlə”nin buraxdığı son top yubiley qolu olub. Bu, 1999/2000 mövsümündən ölkə çempionatında “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komandanın 584-cü görüşünə təsadüf edib. Bakılılar hər oyunda orta hesabla 0,94 qol buraxıb. Bu toplardan 215-i evdə, 335-i səfərdə buraxılıb.

“Keşlə” Azərbaycan çempionatlarında 550 və daha çox qol buraxan 5-ci komandadır. Yalnız “Turan” (690), “Kəpəz” (654), “Neftçi” (637) və “Qarabağ” (634) daha çox qol buraxıb.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolu 1999-cu il oktyabrın 29-da “Şəfa” ilə ev matçında (0:1) buraxıb. Bu qola Emin İmaməliyev imza atıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30