19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan çempionatları tarixində ilk

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Neftçi” - “Keşlə” oyunu (3:1) tarixi qolla əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, meydan sahiblərinin görüşdə vurduğu 3-cü top “ağ-qaralar”ın rəqibinin qapısından keçirdiyi 100-cü qol olub. Bu, komandalar arasında Azərbaycan çempionatları tarixindəki 65-ci matça təsadüf edib. “Bakcell Arena”dakı oyunadək “Keşlə”nin qapısından 97 top keçirən “Neftçi”nin 100-cü qoluna Namiq Ələsgərov imza atıb.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. İndiyədək heç bir komanda eyni rəqibə 100 və ya daha çox qol vurmayıb. Ölkənin ən titullu klubunun “Keşlə” ilə görüşlərdəki orta məhsuldarlığı 1,54-ə bərabərdir.

Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adlanan indiki “Keşlə” ilə matçlarda “Neftçi”nin ilk qolu 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də səfərdə qazanılan 3:2 hesablı qələbə zamanı “Xəzər Universiteti”nin qapısına ilk topu 5-ci dəqiqədə hazırda “Keşlə”də çalışan Zaur İsmayılov vurub.

Qeyd edək ki, bu komandaların oyunlarında “Neftçi” 35 qələbə qazanıb. 63 qola imza atan “Keşlə” 15 dəfə qalib gəlib, eyni sayda matçda heç-heçə qeydə alınıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30