24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” yeni sponsorla müqavilə imzaladı

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Futbolxeber.az saytının məlumatına görə, klubla beynəlxalq avtomobil kirayəsi şirkəti "AVIS”in ölkəmizdəki təmsilçisi "Otokoç Azərbaycan” MMC arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib və ilkin olaraq 1 illik müqaviləyə imza atılıb.

Razılaşmaya əsasən, bu müddətdə qarşı tərəf mülkiyyətində olan avtomobillərlə klubun nəqliyyat ehtiyaclarının qarşılanmasına dəstək verəcək. "Neftçi” PFK isə şirkətin "AVIS” markasının əmtəə nişanlarının klubun əsas komandasının oyun geyimlərində, ev oyunlarını və məşqlərini etdiyi meydança kənarlarında, sosial media səhifələrində, "Neftçi TV”də reklam edilməsini təmin edəcək və digər marketinq xidmətləri göstəriləcək.

Qeyd edək ki, 1974-cü ildə AVIS Türkiyə ilk dəfə "Set Oto LTD.” adı altında "Koç Holdinq”in törəmə şirkətlərindən biri kimi fəaliyyətə başlayıb. Bu gün Otokoç AVIS və/vəya BUDGET brendlərini 8 müxtəlif ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Kuzey Kıbrıs Türk Cumhuriyeti və Kuzey Irak) təmsil edir. 15 aprel 1997-ci ildə "AVIS Azərbaycan bazarına daxil olub. Gəlişi ilə bərabər, özünün təcrübəsini, mükəmməlliyini, korporativ idarəetmə prinsiplərini regiona gətirib. Bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 1200 ədəd nəqliyyat vasitəsilə AVIS Azərbaycan Bakıda və regionda fəaliyyət göstərir. AVIS Azərbaycan istehsalçı zəmanəti, sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə yanaşı, yeni brend maşınlar, eləcə də bu yolla 24 illik təcrübəsi ilə təhlükəsizlik və məmnuniyyəti də təqdim edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30