26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov: “Yaralı aslan kimi idilər”

“Çətin səfər oyununun olacağını gözləyirdik. Bilirdik ki, rəqib son sıradan qurtulmaq istəyir, yaralı aslan kimi idilər. Heyətdə itkilərimiz var idi. Sıx qrafik oyunun sonlarında yorğunluqla öz sözünü dedi. İlk yarıdakı oyunumuzdan narazı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 19-cu tur matçından sonra mətbuat konfransında deyib.

O, qarşıda komandasını çətin oyunların gözlədiyini bildirib: "Son turlara qədər gərgin mübarizə davam edəcək. Heyətimizdə gənclərdir. Vacib futbolçular var ki, onlar zədələndə yerlərini doldurmaq çətin olur. Sona qədər mübarizə aparacağıq".

Abbasov ilk yarıda Elvin Bədəlovla Süleyman Əhmədovun oyununun alınmamasının səbəbini belə izah edib: "Bəzən futbolçu oyuna qoşula bilmirlər. Süleyman ağır zədədən qayıdıb. İlk hissədə problemimiz yox idi. Sadəcə, elə səhvlər edirik ki, bunlar olmamalıdır. Müasir futbolda gərək bütün detallara fikir verəsən. Bədəlovla Əhmədovun oyunu ilk hissədə alınmasa da, ikinci hissədə pis təsir bağışlamadılar".

Baş məşqçi Xəyal Nəcəfovun ehtiyatda olmasının nə ilə əlaqədar olduğuna dair suala isə zarafatyana reaksiya verib: "Xəyal Messi deyil ki?! Hə, “Sumqayıt”ın Messisi (gülür). Xəyal da oyunlarda 90 dəqiqə meydanda olur. Zədələnməsindən ehtiyat edirik. İstədik ki, bu oyunda dincəlsin. Sonradan meydana girən oyunçular komandaya yaxşı təsir etdi. Sıx qrafik bizə ciddi təsir edir. Elə maliyyə imkanımız da yoxdur ki, gedək gecəylə transfer edək” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30