19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Ruslan Abışov: "Futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq"

"Müharibə vaxtı hamımızın fikri sırf Qarabağla bağlı idi. İdman bizim üçün ikinci sıraya keçmişdi".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sabah"ın kapitanı Ruslan Abışov TRT-yə müsahibəsində 44 günlük Vətən müharibəsi barədə danışarkən deyib.

34 yaşlı futbolçu bildirib ki, həmin ərəfədə hamı cəbhədən gələn xəbərləri gözləyib: "Şükürlər olsun ki, sonluq istədiyimiz kimi oldu. Müharibədə qələbə qazandıq".

Təcrübəli müdafiəçi işğaldan azad olunmuş ərazilərdə beynəlxalq oyunların keçirilməsini təklif edib: "Həmin ərazilər tam bərpa olunduqdan sonra orada bir neçə beynəlxalq görüş təşkil etmək daha məqsədəuyğun olar. Bu, mənim şəxsi fikrimdir. İnanıram ki, federasiya da belə bir təklif irəli sürəcək. Çünki ölkəyə gələn əcnəbi futbolçular, hakimlər Qarabağı daha yaxşı tanıyacaq və o torpaqların Azərbaycana aid olduğunu anlayacaqlar. Bu baxımdan, futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30