19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Miçel: “Azərbaycanda bu qolun çox əhəmiyyəti var idi”

Karyerasını başa vuran "Qarabağ"ın sabiq futbolçusu Miçel Madera İspaniya mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, ispan yarımmüdafiəçi karyerasını başa vurmaq haqda bunları deyib: “

Çoxdandır dabanımda ağrı var idi. Ağrılar iki-üç il əvvəl mən "Qarabağ"da çıxış etdiyim vaxt başlamışdı. Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim. Amma o vaxta qədər performansımın 70 və ya 80 faizini sərgiləyə bilirdim. Yaxın vaxtlara qədər müalicə ilə MRT apararaq hər şeyi sınadım. Amma artıq meydanlarda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır. Elə futbolçular tanıyırdım ki, 60 faiz sağlam halda oynayırdılar. Amma bu, mənlik deyil”.

Miçel “Qarabağ”dakı günlərindən də söz açıb: “Məni sakitləşdirən digər məşqçi Qurban Qurbanov idi. Hər kəs "Qarabağ"ın mənim üçün sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə fədakarlığın nə demək olduğunu öyrətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi.

Madrid "Atletiko"suna vurduğum qol bəlkə də karyeramda ən vacib an idi. Çünki bu, Çempionlar Liqasında yenicə açılan "Vanda Metropolitano" stadionunda əcnəbi komanda ilə ilk oyun idi. Həm də Azərbaycanda bunun çox əhəmiyyəti var idi və yenə də önəmini qoruyur. Keçmiş komandamı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır, sevinirlər”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30