25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Sabah”ın 50-ci məğlubiyyəti

“Sabah” tarixində 50-ci məğlubiyyətini alıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, komandanın 101-ci görüşünə təsadüf edib.

Bakı təmsilçisi Premyer Liqanın XVIII turunda “Neftçi” ilə səfər görüşündə 1:2 hesabı ilə uduzub. İndiyədək I divizion, Azərbaycan kuboku və Premyer Liqada mübarizə aparan komanda bu müddətdə 29 qələbə qazanıb və 22 heç-heçə edib. 2017/18 mövsümündə I divizionda debüt edən “Sabah” aşağı dəstədə 9, ölkə kubokunda 6, Premyer Liqada 35 dəfə məğlubiyyət acısı yaşayıb.

Aleksey İsayev Premyer Liqada 50-ci görüşünü keçirib. 2018/19 mövsümündə “Sumqayıt”ın heyətində ilk çempionat görüşünə çıxan futbolçu “Gənclik şəhəri” təmsilçisində 38, “Sabah”da 12 qarşılaşmada iştirak edib. O, yeganə qoluna da paytaxt təmsilçisində imza atıb (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30