29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ayxan Abbasov: “Komandamdan razı qaldım”

"Oyunun belə gərgin keçəcəyi gözlənilən idi. “Zirə” hər bir rəqibə qarşı xüsusi hazırlaşmağı bacarır. Komandamdan razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis meydana rəqiblə xal fərqini azaltmaq üçün çıxdıqlarını bildirib: "Klublarımızda sabitlik çatışmır. İstədiyimiz nəticəni yekunda əldə edə bilərdik. Çalışacağıq ki, millinin oyunları ilə bağlı yaranacaq fasiləyədək uğurlu çıxışımızı davam etdirək".

Abbasov "Zirə"yə qarşı oynamağın çətin olduğunu vurğulayıb: "Bəzi epizodlarda rəqib daha üstün olurdu, bəzilərində biz. Rəqib “Zirə” idi, onlara qarşı oynamaq çətindir. Bütün oyun ərzində pressinq tətbiq etmək mümkün deyil".

Baş məşqçi Əli Qurbani zədədən sonra az qol vurmasına da toxunub: "Zədədən qayıtmaq çətindir. Üstəlik, rəqiblər də Əlini yaxşı təhlil edir. Buna baxmayaraq, o, bu gün özü üçün 3 epizod yaratdı. İki halda qapıçı yaxşı oynadı, birində isə hücumçumuz dəqiq olmadı. Tez-tez eşidirik ki, çempionatda məhsuldarlıq aşağıdır. Bu da klublarımızın rəqiblərini yaxşı təhlil etməsindən irəli gəlir" (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31