23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Aronyanın Ermənistandan gedişində müharibədəki məğlubiyyətin də rolu var"

"Mən peşəkar idmançı kimi Aronyanı başa düşürəm. Dünya çempionu olmağı arzulayır. Ermənistanda istədiyi dəstəyi almadığı üçün ABŞ-a gedir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda Ermənistan təmsilçisi Levon Aronyanın vətənini tərk etməsi barədə danışarkən deyib.

36 yaşlı qrossmeyster Aronyanın qərarında ölkəsinin 44 günlük müharibədə Azərbaycana məğlubiyyətinin də rol oynadığını bildirib: "Ermənilər çox məyus olublar. Aronyanın getməyində bunun da səbəbi var. Əslində, bu addımın bizim üçün heç bir ziyanı yoxdur. Əksinə, Ermənistan şahmatda çox zəifləyəcək".

Qeyd edək ki, Levon Aronyan Ermənistanda şahmata istənilən səviyyədə dövlət qayğısı göstərilmədiyi üçün ABŞ-a köçməyə qərar verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30