19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Millimizin üzvü: “Barselona” kimi komandanı məyus etmək bir başqadır”

“Çempionat oyunları ilə əlaqədar millinin toplanışına gec qoşulduq. Ancaq hər şeyin qaydasında olduğunu deyə bilərəm. Uşaqların əhval-ruhiyyəsi yüksəkdir. Çünki əvvəlki iki oyunda maksimum xal qazanmışıq. Bundan başqa, komanda olaraq demək olar, hər gün məşq edirik”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futzalçısı Eduardo Borges Moldova ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunlarından əvvəl azfutzal.az saytına açıqlamasında deyib.

Hazırda karyerasını Fransanın ACCES klubunda davam etdirən təcrübəli müdafiəçi rəqibi dəyərləndirərkən, diqqətli olmağın vacibliyini vurğulayıb: “Moldova millisi güclü komandadır. İldən-ilə daha yaxşı oynayır, nəticələrini yaxşılaşdırırlar. Xüsusilə də onların Slovakiya ilə son matçda heç-heçə etməsi bizim üçün bir siqnaldı. İndi Moldova millisinin 4 xalı var və bizim ən yaxın izləyicimizdir”.

Eduardo azarkeşsiz oyunların daha çətin keçdiyini də əlavə edib: “Biz azarkeşlər üçün oynayır, oynlar üçün qol vururuq. Onlarsız mübarizə aparmaq çox çətindir. Çox istərdik ki, onlar tribunalardakı yerlərini tutsunlar, komandamızı dəstəkləsinlər, oyunçuları daha da coşdursunlar, oyuna rəng qatsınlar. Niyə belə alındığını isə izah etməyə ehtiyac yoxdur. Səbəbini hamı bilir. İnsan sağlamlığı hər şeydən vacibdir. Ümid edək ki, qısa vaxtda pandemiya başa çatacaq və həyat öz axarına qayıdacaq, azarkeşlərimiz də arzuladığımız yerdə olacaqlar”.

O, iki oyunu maksimum nəticə ilə başa vuracağı təqdirdə millinin Avropa çempionatına vəsiqə əldə edəcəyinə əmin olduğunu gizlətməyib: “Əlbəttə, asan olmayacaq. Ancaq bunu bacarmaq üçün hər gün çalışırıq. Vəsiqəni vaxtından əvvəl qazanmaq üçün potensialımız da var. Sadəcə, ehtiyatlı olmalı, hər oyunun tapşırığını düzgün yerinə yetirməliyik. Ani səhv, saymazlıq komandaya baha başa gələ bilər”.

Borges UEFA Çempionlar Liqasının oyununda İspaniya “Barselona”sının qapısına vurduğu qoldan da danışıb: “Həqiqətən də maraqlı, baxımlı qol alındı. Ümumiyyətlə, bütün qollar vacibdir. Çünki məhz vurduğun qollar səni qələbəyə daşıyır. Ancaq “Barselona” kimi tarixi və çoxsaylı titulları olan komandanı məyus etmək bir başqadır. Bu komanda Avropada yox, dünyada tanınan, seçilən rəqibdir. Həmin qolu “tarixi qol” da adlandırmaq olar”.

Qeyd edək ki, Azərbaycan millisi Moldova ilə ilk görüşünü martın 4-də Bakı İdman Sarayında keçirəcək. Bu komandalar martın 9-da Çoreskuda yenidən üz-üzə gələcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30