29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aftandil Hacıyev: “Hər iki komanda uduzmaq istəmirdi”

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında 18-ci turda “Keşlə” 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

- Oyun haqda nə deyə bilərsiniz?

- “Keşlə” komandası yeni məşqçi ilə yeni dövrə girir. Əvvəlcə Sənan Qurbonu istəkli komanda formalaşdırdığı üçün təbrik etmək istəyirəm. Bundan öncə olan oyunlara da baxdıqda gördüyümüz “Keşlə”ni bu gün də meydanda gördük. Çox aqressiv matç oldu, çünki hər iki komanda uduzmaq istəmirdi. Turnir göstərirdi ki, görüşün qalibi 3 pillə yuxarı qalxa bilərdi və biz yerimizi qoruya bilərdik. Oyun gözlənilən kimi, həqiqətən çox gərgin keçdi. Futbolçulardan razı qaldım. Artıq neçə matçdır ki, komandamız bol epizodlar yaxalaya bilir. Ancaq sonluqda bir qədər çatızmazlıqlar var. Daha diqqətli olsaq, hər oyun meydandan məğlub olmadan hətta 3 xal qazanmaqla ayrıla bilərik. Bundan əvvəl “Qarabağ”ın oyunuda da onların öz meydanında 3-4 qol epizodu yaxalamaq hər komandaya nəsib olmur. Ancaq bu, bizdə alınmışdı. Bu gün də azı 100 faizlik 5-6 qol epizodları yaxalaya bildik. Sadəcə olaraq, qola çevirə bilmədik. Sevindirici haldır ki, bu gün məğlub olmağımıza baxmayaraq, xal qazandıq. Düşünürəm ki, aktivliyimizə bir xal əlavə etdik. Bundan sonra növbəti oyuna hazırlaşmalıyıq. Bu matçı tez bir zamanda unudub “Qəbələ” ilə oyuna hazırlaşacağıq.

- Mənə elə gəlir, komanda ilk qoldan sonra daha aqressiv oynamağa başladı...

- Təbii ki, məğlub ola-ola istək və aqressiya daha da artır. Həqiqətən bu halda futbolçulara təşəkkür düşür. Yanaşmalarından razı qaldım. Belə davam etsək,  daha da yaxşı nəticələr qazana bilərik. Ümumən topa yiyələnməyimiz mənim xoşuma gəldi. Artıq bir neçə oyundur ki, rəqiblərdən toplam say vurmadan üstün oluruq. Sadəcə hücumları istədiyimiz kimi sonlandıra bilmədik. Buna görə daha da çox çalışmalıyıq.

- Kamran Ağayevin oyuna çıxmamasının səbəbi nə idi?

- Kamran “Sumqayıt”la matçda yüngül zədə almışdı, ancaq indi məşqlərə başlayıb. Son bir həftəni komanda ilə məşq edə bilməyərək, fərdi çalışdı. Bu gün də onun meydanda olmamağı bu səbəbdən idi. Növbəti matçlarda ona da sanş veriləcək. Kamran bizim əsas qapıçılarımızdandır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31