20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sənan Qurbanov: “İkinci qolu vura bilmirik”

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasında 18-ci turda “Səbail” ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

- Komandanızın çıxışından razı qaldınız?

- Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komandanın 3 xala ehtiyacı var idi. Amma 1 xal qazandıq. Futbolçulara deyirəm ki, əllərinizi yanınıza salmayın, onlara inanıram. Yeni sistem, yeni sxem var. Futbolçular yaxşı mübarizə aparır.

- 3-cü oyundur hesabda önə keçsəniz də, amma qalib ola bilmirsiniz...

- Bəli, sanki psixoloji problemdir. 2-ci qolu vura bilmirik. Qolları isə ancaq səhvlərdən buraxırıq.

- Yevgeni Koçuk meydanda niyə yox idi?

- Qızdırması var idi. Ona görə oynamadı.

- Koçukun qızdırması koronavirusla bağlıdır?

- Xeyr. Adi qızdırmadır.

- Qara zolaqdan çıxmaq üçün hansı planları düşünürsünüz?

-  Ancaq mübarizə aparıb qalib olmaq istəyirik. Futbolda ancaq mübarizə aparmaq lazımdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30