19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Sənan Qurbanov: “Biz daha istəkli idik”

"Bəlkə də bu, bizim üçün bir imtahandır. Çünki klub olaraq hazırkı vəziyyətdən çıxmaq istəyirik. Futbolçular həm məşqdə, həm iclaslarda çox çalışırlar. Çıxış yolları axtarırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəsiss bildirib ki, ilk hissəni rəqibin aktivinə yazmaq olar: "Amma ikinci yarı barədə bunu deməzdim. Biz daha istəkli idik. Topa daha çox sahib olduq. Nəticədə qol da vurduq. Son saniyələrdə qol buraxmaq futbolçulara pis təsir etdi. Onları psixoloji durumdan çıxarmağa çalışacağıq".

Qurbanov hər iki komandanın turnir cədvəlindəki durumunun yaxşı olmadığını söyləyib: "Mübarizəli, gərgin oyun oldu. Son dəqiqələrdə qol buraxmaq məyusedici olsa da, ən azı səfərdən 1 xalla qayıdırıq. Futbolçular bunu dərk etməlidirlər. Psixoloji cəhətdən ayaqda durmağı bacarmalıyıq".

Baş məşqçinin sözlərinə görə, komandası qol vurandan sonra arxayınlaşmayıb: "Futbolçularda istək çox idi. Meydanda sonadək vuruşdular. Amma ani vəziyyətdərəqibi boş buraxdıq və o da fərqləndi. Səhvləri müzakirə etmək və aradan qaldırmaq üçün vaxtımız olacaq” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30